Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlanını metroda “gəzintiyə” çıxardı - VİDEO

İlanını metroda “gəzintiyə” çıxardı - VİDEO

Tarix: 14 Aprel 2023 18:48

Rusiyada kişi imperator boa ilanını metroda "gəzintiyə" çıxarıb. Bununla bağlı kadrlar sosial şəbəkələrdə paylaşılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Sankt-Peterburq şəhərində qeydə alınıb.

Məlumata görə, hazırda Təbii Sərvətlərə Nəzarət Federal Xidməti ("Rosprirodnadzor") həmin şəxsin kimliyini müəyyənləşdirir. Hüquq-mühafizə orqanlarına da sorğu hazırlanır.

Qeyd edək ki, imperial boa "Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında" Konvensiyaya tabedir. Bundan əlavə, bu ilan "saxlanması qadağan edilən növlər" siyahısındadır.

Milli.Az


Etiketlər:  İlanını metroda gəzintiyə çıxardı VİDEO


RƏYLƏR