Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

FETÖ-nün Azərbaycan strukturunun rəhbərlərinin saxlanılması üçün əməlliyyat İraqda keçirilib

FETÖ-nün Azərbaycan strukturunun rəhbərlərinin saxlanılması üçün əməlliyyat İraqda keçirilib

Tarix: 14 Aprel 2023 20:10

FETÖ-nün Azərbaycan strukturunun rəhbərlərindən biri olan və təşkilatın maliyyələşməsinin təşkilatçılarından olan Mehmet Cintosun saxlanılması üçün xüsusi əməlliyyat İraqda keçirilib.

Sonxeber.net xəbər verir ki, bu haqda TurkicWorld-a Türkiyə diplomatik mənbələrindən bildirilib.

Qeyd olunub ki , Cintosun uzun zaman İraqda olduğu müddətdə də terror təşkilatının digər üzvləri ilə sıx əməkdaşlıq içərisində olduğu müəyyən edilib.

Məlumat üçün bildirək ki, bu gün MİT FETÖ terror təşkilatının maliyyələşməsinin təşkilatçılarından olan Mehmet Cintosunu Türkiyəyə gətirilib.

Qeyd edilib ki, M.Cintosun, 1995-2014-cü illərdə FETÖ-nün Azərbaycan strukturunda "rəhbər şəxs" kimi fəaliyyət göstərib.

O, 2014-cü ildə Türkiyəyə qayıdıb və 2016-cı ilin 15 iyulunda baş verən çevrilişə cəhddən sonra Türkiyədən qaçıb.


Etiketlər:  FETÖ nün Azərbaycan strukturunun rəhbərlərinin saxlanılması üçün əməlliyyat İraqda keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ