Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''30 ildən sonra etiraz edir ki, fəxri ad vermədilər''

''30 ildən sonra etiraz edir ki, fəxri ad vermədilər''

Tarix: 14 Aprel 2023 21:20

"Hər teatrın studiyası olmalıdır. Əsas əlamətlərdən biridir. Hər bir teatrın özünəməxsus xüsusiyyəti, aurası var. O teatrda böyüyən uşaq, gənc başqa olur. 10 nəfər qəbul edirsən, onların içindən biri uzun müddət sonra yararlıdırsa, atırsan böyük səhnəyə".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Fizuli Hüseynov "Sabaha saxlamayaq" verilişində deyib. Bir neçə gün əvvəl keçirilən Teatr Forumundan danışan aktyor teatrlarda studiyaların yaradılmasından bəhs edib:

"Bir də var universitet bitirən gənclər gəlir, baxırsan alınmır. Çünki universitetin aurası başqadır. Gəlirlər götürürsən, 30-40 il işləyir, ortara heç nə yoxdur. Bir müddət keçəndən sonra isə etiraz edir ki, can qoydum, amma fəxri ad vermədilər. Qoymayaydın... Vaxtında demək lazım idi ki, sən yaramırsan, get başqa iş tap. İlham Rəhimli forumda bütün problemləri açdı qoydu ortaya".

F.Hüseynov bölgə teatrlarının acınacaqlı vəziyyətdə olduğunu deyib:

"Bölgə teatrları acınacaqlı vəziyyətdədir. İrəvan Dövlət Dram Teatrının baş rejissoru Sərvər Əliyev orada çıxış etdi. Azərbaycan Dərbənd Teatrının nə qədər acınacaqlı halda olduğu ortaya çıxdı".


Etiketlər:  ildən sonra etiraz edir fəxri vermədilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ