Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kürdəmirdə “Qazel” “TIR” la toqquşub - Xəsarət alanlar var

Kürdəmirdə “Qazel” “TIR” la toqquşub - Xəsarət alanlar var

Tarix: 16 Aprel 2023 10:08

Kürdəmir rayonunda ağır yol qəzası baş verib, xəsarət alanlar var.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Bakl-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "QAZel" markalı nəqliyyat vasitəsilə Gəncə istiqamətində hərəkətdə olarkən yol kənarında dayanmış "DAF" markalı "TIR"ın arxa hissəsinə çırpılıb.
Nəticədə "QAZel"də olan sürücü və sərnişinlər olmaqla 3 nəfər ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım avtomobilinin köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar və həkim nəzarətinə götürülüblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Kürdəmirdə Qazel TIR la toqquşub Xəsarət alanlar var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ