Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2019 06:32
Bakı. Trend:
Türkiyə Müdafiə Nazirliyi PKK / YPG terrorçularının Suriyanın Türkiyə ilə həmsərhəd olan Ras Ələyn şəhərindən çıxarılmasını yaxından izləyir.
Trend-in məlumatına görə, bu barədə Nazirlik xəbər verib.
Bildirilir ki, Türkiyə Müdafiə Nazirliyi Türkiyə və ABŞ arasında 17 oktyabr 2019-cu ildə əldə etdiyi razılığa uyğun olaraq, PKK / YPG terrorçularının 120 saat ərzində bölgədən çıxarılmasını yaxından izləyir:
"Bölgədən evakuasiya Amerikalı həmkarları ilə birbaşa əlaqələndirilir".
Bununla yanaşı qeyd olunur ki, bununla əlaqədar təxminən 55 nəqliyyat vasitəsindən ibarət kolonna Ras Al Ayna daxil olub və 86 nəqliyyat vasitəsindən ibarət kolonna Tel Əmir tərəf yola düşdü.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin