Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2023 23:04
Mal və qoyun ətinin bahalaşmasından sonra əhalinin müəyyən bir təbəqəsi daha çox ciyər almağa üstünlük verirdi.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, əvvəllər 7 manata satılan mal içalatı, ətin qiymətinin bahalaşması fonunda 10 manata satılırdı. İndi isə qiymətlər 11-12 manata qədər yüksəlib. Mal ciyəri ilə yanaşı qoyun içalatının da qiymətində fərq var.
Qəssablar hesab edir ki, bütün bunlar otun və yemin bahalaşması ilə bağlıdır.
"Amma alıcılar qəssabın fikirləri ilə razı deyillər".
Onlar heyvan ciyərinin, az qala ətin qiyməti ilə bərabər olmasını düzgün hesab etmirlər.
Kəsim məntəqələrini işlədənlər deyir ki, növbəti aylarda əgər ətin qiymətində dəyişiklik olmasa, ciyərin qiyməti də belə qalacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.