Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2023 23:02
Ermənistan parlamentinin sədr müavini, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan ABŞ dövlət katibinin müavini Erika Olsonla görüşüb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Parlamenti məlumat yayıb.
Rubinyan regiondakı mövcud vəziyyət barədə ABŞ dövlət katibinin müavininə məlumat verib və Ermənistan-Türkiyə münasibətlərinin qurulması məsələsinə toxunub.
Erika Olson ABŞ-ın nizamlanma prosesini dəstəklədiyini bildirib.
Tərəflər həmçinin Türkiyə ilə Ermənistan arasında quru sərhədinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması haqqında sazişinin tezliklə reallaşdırılmasının vacibliyini vurğulayıblar.