Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İstanbulda Türkiyənin ən böyük məscidi açılıb (FOTO)

İstanbulda Türkiyənin ən böyük məscidi açılıb (FOTO)

Tarix: 3 May 2019 17:40

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbulda cümə namazı zamanı yeni Böyük Çamlıca məscidinin açılışı baş tutub.

Trend-in məlumatına görə, bu, Türkiyədə ən böyük məscid adını qazanıb.

Məscidin açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Məscidin hündürlüyü 72 metrə bərabərdir. Burada muzey və kitabxana da fəaliyyət göstərəcək.

Qeyd edək ki, eyni anda 63 min nəfərin namaz qıla biləcəyi məscidin tikintisi 6 il əvvəl başlamışdı.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İstanbulda Türkiyənin böyük məscidi açılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ