Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

HammAli və Navai metroda konsert verdi - FOTO

HammAli və Navai metroda konsert verdi - FOTO

Tarix: 18 Aprel 2023 20:44

Rusiyada fəaliyyət göstərən azərbaycanlı məşhurlar HammAli & Navai (Aleksandr Əliyev və Nəvai Bəkirov) Moskva metrosunda konsert veriblər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, onlar Moskva Nəqliyyat Departamentinin "VK Music" striminq xidməti ilə birgə təşkil etdiyi "Metroda musiqi" layihəsinin iştirakçısı olublar.

"Taqanskaya" stansiyasında hitlərini səsləndirən müğənnilərin çıxışı zamanı sıxlıq yaranıb.

Qeyd edək ki, HammAli & Navai dueti 2021-ci ildə dağılıb. Onlar tez-tez konsertləri üçün bir araya gəlirlər.

Milli.Az


Etiketlər:  HammAli Navai metroda konsert verdi FOTO


RƏYLƏR