Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünya çempionatında qalmaqal - VİDEO - FOTO

Dünya çempionatında qalmaqal - VİDEO - FOTO

Tarix: 19 Aprel 2023 19:14

İngiltərənin Şeffild şəhərində keçirilən snuker (bilyard növü) üzrə dünya çempionatı üçüncü oyun günündə ətraf mühitin mühafizəsi fəallarına görə dayandırılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, insident Robert Milkins və Co Perri arasında ilk tur matçı zamanı baş verib.

Üzərində "Just Stop Oil" yazılmış köynək geyinmiş bir fəal oyun masasının üzərinə çıxıb və portağal tozu səpib.

Daha bir fəal isə yaxınlıqda Mark Allen və Fan Çjenginin oynadığı masanın üzərinə çıxmağa cəhd edib, ancaq əməkdaşlar tərəfindən qarşısı alınıb.

Hadisə nəticəsində fəallar saxlanılıblar.

"World Snooker"dən bildirilib ki, yaxın gələcəkdə birinci masada heç bir oyun oynanılmayacaq, çünki örtük zədələnib.

Milli.Az


Etiketlər:  Dünya çempionatında qalmaqal VİDEO FOTO


RƏYLƏR