Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrəvan Rusiyanın tələbini yerinə yetirmədi, azadlığa buraxdı

İrəvan Rusiyanın tələbini yerinə yetirmədi, azadlığa buraxdı

Tarix: 20 Aprel 2023 23:58

Rusiyalı müharibə əleyhdarı olan aktivist Nikita Kamenski hazırda Ermənistanı tərk edib və təhlükəsizlikdədir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Kamenski özü SOTA və "OVD-İnfo" nəşrlərinə açıqlamasında deyib.

Kamenski Ermənistanı tərk etməyə Azad Rusiya Fondunun (Free Russia Foundation) regional direktoru Yeqor Kuroptevin kömək etdiyini bildirib, lakin dəqiq harada olduğunu açıqlamayıb.

Qeyd edək ki, müharibə əleyhdarı olduğuna və müharibəyə qarşı Moskva küçələrində şüarlar yazdığına görə ona qarşı ittiham elan olunub. Rusiya Kamenskini axtarışa verib, 28 fevralda isə o, İrəvan aeroportunda saxlanılıb.

17 aprelə qədər İrəvanda nəzarət altında olan Kamenskini Rusiya ekstradisiya etməyə çalışıb. Buna baxmayaraq, Ermənistan onu azad edib.


Etiketlər:  İrəvan Rusiyanın tələbini yerinə yetirmədi azadlığa buraxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ