Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhurların "mavi işarə"si silindi - 3-dən başqa

Məşhurların

Tarix: 21 Aprel 2023 21:20

"Tesla" və "SpaceX" şirkətlərinin sahibi, 2022-ci ildən tvitterə rəhbərlik edən amerikalı milyarder İlon Mask platformadan "mavi işarə"ləri silməyə davam edir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sözügedən işarə ötən gündən etibarən Cennifer Lopez, Beyons, Castin Biber, Harri Stayls, Bil Qeyts, Ladi Qaqa, Roma Papası Fransisk, Kristiano Ronaldo kimi məşhurların hesablarından ləğv edilib.

Əgər onlar "mavi işarə"ni geri almaq istəyirlərsə, bunun üçün hər ay 8 dollar ödəməlidirlər.

Mask yalnız üç adın - aktyor Uilyam Şatner, yazar Stiven Kinq və basketbolçu Lebron Ceymsin hesablarındakı işarələrin xərcini özü qarşılayaraq onları silməyib.

Milli.Az


Etiketlər:  Məşhurların mavi işarəsi silindi 3 dən başqa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ