Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2023 21:34
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, Ülvü Qənizadə (72 kq) finalda fransalı İbrahim Qanemlə üz-üzə gəlib. Görüş 7:7 hesabı ilə başa çatıb. Lakin xal prinsipinə əsasən qələbə Azərbaycan təmsilçisinə verilib.
Bu, Azərbaycanın Xorvatiyadakı qitə birinciliyində yunan-Roma güləşi üzrə 2-ci, ümumilikdə isə 5-ci qızıl medalıdır.