Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tayson yenidən rinqə çıxa bilər

Tayson yenidən rinqə çıxa bilər

Tarix: 24 Aprel 2023 13:22

Boks üzrə keçmiş şəksizqat dünya çempionu Roy Cons (kiçik) Mayk Taysona qarşı növbəti döyüşə hazırdır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə bazar günü idmançının komandasından məlumat verilib.

Bundan öncə Tayson Consa qarşı yenidən döyüşməyə hazır olduğunu açıqlamışdı.

"Bəli, Roy Maykın açıqlamasını görüb. Amma hələlik belə döyüş təklifi daxil olmayıb. Roy növbəti döyüşə hazırdır, karyerasını başa vurmayıb. Məsələ  təklifdədir", - deyə məlumatda bildirilib.

Xatırladaq ki, Tayson və Cons arasında döyüş 2020-ci ilin noyabrında baş tutub. Səkkiz raunddan sonra tərəflər arasında heç-heçə qeydə alınıb.

Qeyd edək ki,  Taysonun 56 yaşı var. O, ağır çəkidə keçmiş dünya çempionudur. Rusiya vətəndaşlığı olan Consun isə 54 yaşı var. O, yarımağır çəkidə keçmiş dünya çempionudur.

Milli.Az


Etiketlər:  Tayson yenidən rinqə çıxa bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ