Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Biləsuvardakı partlayışda 35 yaşlı ana ölüb - VİDEO - FOTO

Biləsuvardakı partlayışda 35 yaşlı ana ölüb - VİDEO - FOTO

Tarix: 25 Aprel 2023 10:36

09:58

Biləsuvarda baş vermiş partlayış hadisəsi ilə bağlı aparılmış axtarış-xilasetmə işləri nəticəsində 1988-ci il təvəllüdlü Günay Əliyevanın meyiti dağıntılar altından aşkar edilib.

Rayon prokurorluğundan bildirilib ki, bundan öncə Günay Əliyevanın iki övladı yaralı halda xilas edilərək xəstəxanaya yerləşdirilib. Hazırda onların müalicəsi davam edir.

Beləliklə də, faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.

-------

07:16

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Biləsuvar şəhərində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində bir nəfər qadının cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Sonxeber.net-a FHN-dən məlumat verilib.

Ümumilikdə partlayışla əlaqədar FHN tərəfindən həyata keçirilmiş axtarış-xilasetmə əməliyyatı nəticəsində dağıntılar altından 2 nəfər sağ çıxarılıb, 1 nəfərin isə cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, ötən gün Biləsuvar şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində partlayış baş verib. Partlayış nəticəsində mənzilin tavanı və binanın damı uçub.

İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub.


Etiketlər:  Biləsuvardakı partlayışda yaşlı ölüb VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ