Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2023 10:48
Pakistanın Svat vadisinin şimal-qərbində terrorla mübarizə idarəsinin silah-sursat anbarının partlaması nəticəsində azı 13 nəfər həlak olub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, ölkə polisi anbarlarda iki partlayışın baş verdiyini, ölənlərdən əlavə, daha 50 nəfərin müxtəlif dərəcəli xəsarət aldığını bildirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları sursatın elektrik şəbəkəsindəki qısaqapanma nəticəsində alovlandığını istisna etmirlər.
Ölənlərin əksəriyyəti anbarlarda işləyən polis əməkdaşları olub.
Hətta yaxınlıqdan keçən uşaqlı qadın da hadisə yerində həlak olub.
Yaralılardan bəziləri ağır vəziyyətdə xəstəxanadadırlar.