Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu qadını görənlərdən dərhal polisə zəng etmələri xahiş olunur - FOTO

Bu qadını görənlərdən dərhal polisə zəng etmələri xahiş olunur -  FOTO

Tarix: 25 Aprel 2023 18:12

Şəkidə 30 yaşlı qadın itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, Şəki rayonunun Zunud kənd sakini, 1993-cü il təvəllüdlü Məmmədova Tünzalə Etibar qızı aprel ayının 15-i günorta saatlarında evdən çıxaraq naməlum istiqamətə gedib və indiyədək geri qayıtmayıb.

Tünzalə Məmmədovanın əlamətləri bunlardır: Boyu 155 sm, gözləri qəhvəyi rəngdədir. Evdən çıxarkən əynində ağ rəngli köynək, köynəyin üzərindən qara jilet və qara rəngli şalvar olub.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, eləcə də Şəki Şəhər Rayon Polis Şöbəsinin (024)244-25-50 şəhər və 055-628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Milli.Az


Etiketlər:  Bu qadını görənlərdən dərhal polisə zəng etmələri xahiş olunur FOTO


RƏYLƏR