Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paytaxtın iki rayonunda qaz kəsiləcək

Paytaxtın iki rayonunda qaz kəsiləcək

Tarix: 25 Aprel 2023 18:30

"Qaz İxrac" İdarəsinə məxsus "Qum adası-Bayramzadə İEM" yüksək təzyiqli magistral qaz kəmərinin 4-cü km-də yol keçidinin quraşdırılması ilə bağlı, 26 aprel saat 09:00-dan işlər başa çatanadək "Qum Məişət(Qİİ)", "Alko", "Naximov", "Müşviq əhali", "Gilan", "Quru Yük Limanı", "Dəniz donanması", " F-centr", "Azərsu Nəqliyyat" və "Zığ gəmi təmiri" ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə Milli.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir işləri aparılan müddətdə Xətai rayonunun Müşfiq, Qvardiya və Azadlıq küçələrində, həmçinin Suraxanı rayonunun Qum adası yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Milli.Az


Etiketlər:  Paytaxtın rayonunda kəsiləcək


RƏYLƏR