Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İşləmək istədi, işə düşdü - VİDEO

İşləmək istədi, işə düşdü - VİDEO

Tarix: 26 Aprel 2023 18:50

Onlayn alış- veriş firmalarından birinə işə düzəlmək istəyən Şəmkir rayon sakini problemlə qarşılaşıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Şəmkir rayon sakini olan Tahirə Bayramova sosial şəbəkələr vasitəsi ilə qarşısına çıxan saytlardan biri ilə iş birliyinə başlayıb.

Saytın qaydalarına əsasən, öncə pul qoyaraq onlayn məhsullar sifariş verilir, daha sonra isə hər satışa görə onlara müəyyən bonuslar qaytarılırmış. Saytın əməkdaşları ilə əlaqəni isə vatsap üzərindən qururmuş.

Müsahibimizin sözlərinə görə, elə hadisə də bundan sonra başlayıb.

Yığılan bonuslarını almaq istəsə də bu zaman sayt əməkdaşları tərəfindən ona pulu verilmək əvəzinə, yenidən satış etməsi tələb olunur. Əks təqdirdə cərimələnəcəyi bildirilib.

Tahirə Bayramovanın sözlərinə görə, başına gələnlərlə bağlı dəfələrlə şirkət əməkdaşları ilə əlaqə saxlayaraq pulunun qaytarılmasını tələb edib, amma nəticəsi olmayıb.

Qadının sözlərinə görə, ödədiyi pulların hamısının qəbzi qalıb. Hətta aralarında olan danışıqları da özündə saxlayıb.

Məsələ ilə bağlı həmin şirkətlə əlaqə yaratmaq istəsək də, cəhdimiz baş tutmadı. Çünki xarici nömrə ilə vatsapdan qeydiyyatdan keçən şirkətin heç bir aktiv yerli nömrəsi yoxdur.

Qeyd edək ki, müsahibimiz başına gələnlərlə bağlı hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  İşləmək istədi işə düşdü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ