Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həyat yoldaşı xəstəxanada, özü əyləncədə... - VİDEO

Həyat yoldaşı xəstəxanada, özü əyləncədə... - VİDEO

Tarix: 27 Aprel 2023 13:25

Aktrisa Bensu Soralla bağlı qalmaqallı iddia irəli sürülüb.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu barədə "Söylemezsem olmaz" proqramında danışılıb.

Belə ki, aktrisa rol aldığı "Tuzak" serialının finalı ilə bağlı təşkil olunan partidə dostları - Rza Kocaoğlu, Çağatay Ulusoy və eyni komandada olduğu sənətçilərlə birgə əylənib.

Ardınca Bensu sözügedən proqramın müxbirləri tərəfindən görüntülənib və onların suallarını cavablandırıb. Soral bir müddət əvvəl ayrılıq nöqtəsinə gəldiyi həyat yoldaşı Hakan Başın yuxusu olduğu üçün evə getdiyini söyləyib.

Verilişin aparıcısı Bircan Bali isə Hakanın fevralda ürək əməliyyatı keçirdiyini, Bensunun həmin gecədən sonra prodüserlərinə həyat yoldaşının xəstəxanada olduğunu bildirdiyini deyib.

Yəni, iddiya görə, sənətçi həyat yoldaşının nasaz olmağına baxmayaraq, gec saatlara qədər dostları ilə əylənib.


Etiketlər:  Həyat yoldaşı xəstəxanada özü əyləncədə VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ