Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Freddi Merkurinin şəxsi əşyaları hərraca çıxarılacaq - FOTO

Freddi Merkurinin şəxsi əşyaları hərraca çıxarılacaq - FOTO

Tarix: 27 Aprel 2023 16:50

Mərhum britaniyalı musiqiçi Freddi Merkurinin 1500-ə yaxın şəxsi əşyası "Sotheby's"də satılacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hərraca musiqiçinin səhnə geyimləri, mahnılarının qaralama verisyaları, sənət əsərləri və digər interyer əşyaları da çıxarılacaq.

Nümunələr arasında "We Are The Champions" mahnısının 300 min funt-sterlinq (374 min dollar) dəyərində qiymətləndirilən əlyazması, Merkurinin 1986-cı ildə son canlı ifası zamanı səhnəyə çıxdığı kral tacının və mantiyanın surəti də var.

Hərraca çıxarılan əşyalar Merkurinin 1991-ci ildə ölümündən əvvəl həyatının son illərini keçirdiyi Londondakı "Garden Lodge"da uzun müddət saxlanılıb. Onun vəsiyyəti ilə mülk sevgilisi Meri Ostinə keçib.

Hərracın əsas hissəsi avqustda Londonda, həmçinin Nyu-York, Los-Anceles və Honq Konqda keçiriləcək. Gəlirlərin bir hissəsi xeyriyyəçiliyə sərf olunacaq.

Milli.Az


Etiketlər:  Freddi Merkurinin şəxsi əşyaları hərraca çıxarılacaq FOTO


RƏYLƏR