Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2023 18:28
Himayədar ailəyə verilən zaman uşaqların fikri nəzərə alınmayacaq.
Bununla bağlı məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Ailə Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, Məcəllənin 145.3. (Uşağın himayədar ailəyə verilməsi onun fikri nəzərə alınmaqla həyata keçirilir. 10 yaşı tamam olmuş uşaq isə yalnız öz razılığı alındıqdan sonra himayədar ailəyə verilə bilər.) və 145.4. (Himayədar ailəyə verilmiş uşaq ona düşən pensiya, aliment, müavinət və başqa sosial ödənişlər almaq, mənzil sahəsi üzərində mülkiyyətçi olmaq, ondan istifadə etmək, mənzil sahəsi olmazsa, mənzil qanunvericiliyinə uyğun olaraq mənzil sahəsi almaq hüququna malikdir) maddələri ləğv edilir.