Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Keçmiş ''Müsavatçı''lar İsa Qəmbərə qarşı çıxdılar: Sonudur...

Keçmiş ''Müsavatçı''lar İsa Qəmbərə qarşı çıxdılar: Sonudur...

Tarix: 28 Aprel 2023 09:54

Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin Kanadada yaşayan oğlu İlkin Qəmbərin qondarma "erməni soyqırımı" ilə bağlı "anım" paylaşımına təpkilər səngimir. Etiraz və təpkilər o həddə çatıb ki, bir vaxtlar İsa Qəmbərə yaxınlığı ilə seçilənlər, onun ən qatı tərəfdarları tərəfindən kəskin pislənilib. Məsələn, bir vaxtlar Müsavat Partiyasının Divan üzvü, AXC hakimiyyəti dövründə Nəsimi rayon İH-nin baçısı vəzifəsində olmuş Əli Quliyev də İsa Qəmbəri hədəfləyən status paylaşıb. Hazırda Ukraynada yaşayan Əli Quliyevun statusunu təqdim edirik.

"Hər şey bir yana İlkin Gəmbərin ssenaristi olduğu "Ermənistan krallığı, Qədim Roma ilə Parfiya arasında" "film"i tarixi faktların saxtalaşdırıldığı, heç bir elmi-tarixi yük daşımayan uydurulma bir "tamaşa"dir! Çünki, tarixdə Ermənistan krallığı deyilən bir dövlət mövcud olmayıb. Ermənistan krallığı kimi sərsəm, mifik erməni dövləti haqqındakı fikirlər isə, saxta erməni alimləri və elə həmin ermənilər ağılda olan "tarixçi alimlər"in uydurmalarından başqa bir şey deyil. Bu barədə azacıq tarixi məlumata malik olmaq yetərdi ki, belə saxtakarlığa yol verməyəsən! Heç nə demirəm, erməni əsilli alim, Filip Ekzoyantsln youtube kanalındakı çox ciddi mənbələrə, təkzibedilməz elmi əsasaslara söykənən verilişlərinə baxmaq kifayət edərdi ki, tarixdə Erməni dövlətinin olması haqqında fikirlərin fake olduğunu biləsən.

Tarixin ironayiasına bax ki, bir zamanlar erməniilərin iftirasına cavab olaraq yazılmış ilk kitabın (Zori Balayanın "Ocaq " kitabına cavab olaraq yazılmış "Köhnə bayatılar, yeni əfsanələr" kitabı) müəllifinin oğlu indi atasına "qarşı cəbhə"də yer alıb. Ən düzgünü, hörmətli İsa Qənbərin bu məsələlərlə bağlı aydın mövqe nümayiş etdirməsi olardı. Amma olmadı, İsa bəy, özünün məhşur prinsipinə - "etiraf siyasətçinin sonudur" bu dəfə də sadiq qaldı! Çox təəssüff!"

Və sabiq İsa Qəmbər tərəfdarının bu statusuna olunan şərhlərdə də əksəriyyət Müsavat Partiyasının sabiq sədrini ittiham ediblər. Məsələn, İlqar Hüseynov adlı istifadəçi "İsa Qəmbər kimi bir adamın bəsit və manipulyativ cavabı cəmiyyət üçün yetərli olmadı. Pulu kimin verməsindən asılı olmayaraq pul verənin havasına oynamaq" deyə yazıb. Və bu kimi ittihamlar kifayət qədərdir.

Azər


Etiketlər:  Keçmiş Müsavatçılar İsa Qəmbərə qarşı çıxdılar Sonudur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ