Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2023 15:24
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Rusiya ilə əlaqə üzrə direktoru Oleq Kobyakov 2023-cü ildə dünyada aclığın hansı səviyyədə olacağını proqnozlaşdırıb.
O, bu il aclığın 27 milyon insanı təhdid etdiyinə diqqət çəkib. Onun sözlərinə görə, ilk növbədə Afrikada qida problemi yaşanacaq, orada aclıq və böhran zonası var.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, xüsusilə Efiopiya, Somali və Konqo Demokratik Respublikası sakinləri qida çatışmazlığı ilə üzləşəcəklər. Yəmən və Əfqanıstanda kəskin vəziyyət qalmaqdadır.
Kobyakov əlavə edib ki, hazırda dünya struktur qida böhranı içərisindədir.
Bundan əvvəl BMT də ərzaq böhranı səbəbindən dünyada kütləvi aclıq təhlükəsi barədə xəbərdarlıq etmişdi.