Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

UEFA-dan irqçi şüarına görə iki oyunluq cəza

UEFA-dan irqçi şüarına görə iki oyunluq cəza

Tarix: 21 Oktyabr 2019 22:00

UEFA Serbiya millisini iki oyunluq cəzalandırıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, buna komandanın azarkeşlərinin Avro-2020-nin seçmə mərhələsində Portuqaliyaya doğma meydanda uduzduqları matçda (2:4) irqçi şüarlar səsləndirməsi səbəb olub.

Serbiyaya verilən iki matçlıq cəzanın biri şərti xararter daşıyır və oxşar halın yaşanmaması üçün bir illik vaxt verilib. Beləliklə, komanda noyabrın 14-ü Lüksemburqu qəbul edəcəkləri matçı azarkeşsiz keçirəcək.

Bundan başqa, sözügedən görüşdə meydana azarkeş girdiyi və məşəl yandırıldığı üçün Serbiya Futbol Federasiyası 33 min 250 avro məbləğində cərimələnib.

 


Etiketlər:  UEFA irqçi şüarına görə oyunluq cəza


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ