Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Hamı bilir ki, uca boylu biri ilə nişanlı olmuşam'' - Ayrılıq səbəbini açıqladı

''Hamı bilir ki, uca boylu biri ilə nişanlı olmuşam'' - Ayrılıq səbəbini açıqladı

Tarix: 2 May 2023 18:40

"İllər əvvəl rəsmi şəkildə nişanlı olmuşam. O, uca boylu, rusdilli və xaricdə işləyən şəxs idi. Atam deyirdi ki, bu cür insanı gündüz çıraqla gəzsən, tapa bilməzsən. Bu, Allahın qisməti idi. Artıq biz toya hazırlaşırdıq, amma o, mənə söylədi ki, evləndikdən sonra sən oxumayacaqsan. Sənətimə qadağa qoydu. Valideynlərimə bu barədə deyəndə, atam söylədi ki, mən sənə görə çox əziyyətlər çəkmişəm və müğənni olmusan. Sanki anam ilə atam mənim ailə quracağımdan sevinib, suya düşdülər".

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Şəbnəm Tapdıq "Həyat tərzi" verilişində deyib. O bildirib ki, illər əvvəl nişanlısından ayrılmasına səbəb onun qadağası olub:

"İndi ondan heç bir xəbərim yoxdur, bununla da söhbət bitdi. Bütün el-aləm bilir ki, nişanlı olmuşam. Hə, nə olsun? Gözüm aydın. Keçmiş nişanlımı sevirəm və ya sevmirəm, sizə bunun nə dəxlisi var?".


Etiketlər:  Hamı bilir boylu biri ilə nişanlı olmuşam Ayrılıq səbəbini açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ