Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2023 19:15
"Onsuz günüm çox pis keçir, həyatı mənasız hiss edirəm. Elə gün olmur ki, ondan danışmayım".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Gülbahar Şükürlü "Xəzər axşamı" verilişində mərhum həyat yoldaşı Zahid haqda danışarkən deyib. Sənətçi onun ölümündən sonra yaşadığı çətinlikləri dilə gətirib:
"Kimdənsə "Gülbahar, həyat davam edir" sözlərini eşidəndə, ona aç qapını, çıx bayıra demək istəyirdim. Neçə ay, neçə il özümə gəlmədim".
Sənətçi həyat yoldaşının vəfatından sonra səhhətinin pisləşdiyini bildirib:
"Səhhətim babat idi. Ondan sonra üç dəfə ölümlə üz-üzə gəldim, əməliyyat olundum. O qədər başıma, ayağıma vurmuşdum ki, stressdən oldu. Özümdə deyildim".
Qeyd edək ki, Gülbahar Şükürlü xərçəngdən əziyyət çəkir.