Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrəvan Bakıya uçuşla bağlı məlumat göndərdi

İrəvan Bakıya uçuşla bağlı məlumat göndərdi

Tarix: 2 May 2023 23:26

Ermənistan Azərbaycanı İrəvan-Qafan sınaq reysi barədə xəbərdar edib

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsi məlumat yayıb.

Aprelin 26-da saat 10:58-də İrəvanın Zvartnots hava limanından gələn təyyarə Qafanın Sünik hava limanına enib. Uçuş üçün kiçik tutumlu (19 sərnişin üçün) Çexiya istehsalı olan L-410-UVP E20 təyyarəsi seçilib.

"Müəyyən edilmiş qaydada aprelin 25-də həyata keçirilən reys barədə məlumat stasionar teleqraf rabitəsindən istifadə etməklə Azərbaycanın hava hərəkəti xidmətinə ötürülüb", - məlumatda deyilir.

Mülki Aviasiya Komitəsi təyyarənin qalxma və eniş zamanı Azərbaycanın nəzarət etdiyi ərazini keçib-keçməməsi ilə bağlı suala mənfi cavab verib.

Komitə qeyd edib ki, istənilən sınaq uçuşunun məqsədi texniki və digər problemlərin müəyyən edilməsi və aradan qaldırılmasıdır.

Milli.Az


Etiketlər:  İrəvan Bakıya uçuşla bağlı məlumat göndərdi


RƏYLƏR