Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkələr kralın tacqoyma mərasiminə dəvət edilmədi

Bu ölkələr kralın tacqoyma mərasiminə dəvət edilmədi

Tarix: 3 May 2023 08:52

Böyük Britaniya mayın 6-da Londondakı Vestminster abbatlığında keçiriləcək kral III Çarlzın tacqoyma mərasiminə Rusiya, Belarus, Əfqanıstan, Venesuela, İran və Suriya nümayəndələrini dəvət etməyib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Röyters" agentliyi məlumat yayıb.

Bildirilib ki, tədbirə Şimali Koreya və Nikaraquadan isə yüksək rütbəli diplomatlar dəvət edilib. Mərasimə Birləşmiş Krallığın diplomatik əlaqələri olan bütün dövlətlərin başçıları, həmçinin III Çarlzın monarxı olduğu ölkələrin və Britaniyanın dənizaşırı ərazilərinin rəhbərləri dəvət edilib.

III Çarlzın tacqoyma mərasimi anası Kraliça II Elizabetin (1926-2022) vəfatından 8 ay sonra, mayın 6-da keçiriləcək.


Etiketlər:  ölkələr kralın tacqoyma mərasiminə dəvət edilmədi


RƏYLƏR