Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda inflyasiya azalıb - Mərkəzi Bank

Azərbaycanda inflyasiya azalıb - Mərkəzi Bank

Tarix: 3 May 2023 10:28

Mart ayında illik inflyasiya 13.6% təşkil edib ki, bu da ötən ilin sentyabr ayında qeydə alınmış pik səviyyə ilə müqayisədə 2 faiz bəndi aşağıdır.

Mərkəzi Bankdan Sonxeber.net-a verilən məlumata görə, qlobal iqtisadi aktivliyin azalmasının, əksər ölkələrdə pul siyasətinin sərtləşdirilməsinin və dünya əmtəə qiymətlərində aşağı düşmə meylinin təsiri ilə əsas ticarət tərəfdaşlarında faktiki inflyasiya nisbətən səngiyib.

"Dünya Bankının əmtəə bazarları haqqında aprel hesabatına əsasən martda aylıq əsasda enerji qiymətləri 6.3%, qeyri-enerji qiymətləri 2.2% azalıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə dünya ərzaq qiymətləri indeksi 2023-cü ilin martında aylıq 2.1% azalıb", - məlumatda qeyd olunur.


Etiketlər:  Azərbaycanda inflyasiya azalıb Mərkəzi Bank


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ