Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cərimə meydançalarından narazılıqlar artır - Buna nə vaxt son qoyulacaq? - VİDEO

Cərimə meydançalarından narazılıqlar artır - Buna nə vaxt son qoyulacaq? - VİDEO

Tarix: 3 May 2023 15:36

Paytaxtda yaşayan imişli rayon sakini avtomobilinin qanunsuz yerə cərimə meydançasına aparıldığını iddia edir.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, buna səbəb kimi nəqliyat vəsitəsinin rənginin qanunauyğun olmadığı göstərilib.

Müqəddəs Orucovun sözlərinə görə, Dövlət Yol Polisi əməkdaşları ona aprelin 30-da Ziya Bünyadov prospektində "saxla" işarəsi veriblər. Saxlanmasına səbəb kimi avtomobilində rəng uyğunsuzluğu göstərilib.

Vətəndaş deyir ki, nəqliyyat vasitəsinin rəngləri texniki pasportda qeyd edildiyi halda onun saxlanması qanunsuzdur. 2019-cu ildən həmin avtomobili idarə edən sürücü indiyə kimi belə vəziyyətlə qarşılaşmadığını iddia edir.  

"Sürücü iddia edir ki, polis əməkdaşları ona heç bir əsas göstərə bilməyiblər. Buna baxmayaraq nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb."

"Xəzər Xəbər" məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanlayıb."

Bildirildi ki, nəqliyyat vasitəsinin duracağa aparılmasının əsas səbəbi sürücünün 2 aydan artıq ödənilməyən cərimə borclarının olması ilə bağlıdır. Qeyd edilib ki, bununla yanaşı, sürücü nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində damı qara nəzərdə tutulduğu halda sürücü avtomobilin qapılarının ətrafını və qapı dirəklərin də qanunsuz olaraq qara rəngə boyayıb.

O da bildirildi ki, məsələylə bağlı yekun qərar araşdırmalardan sonra veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Cərimə meydançalarından narazılıqlar artır Buna vaxt son qoyulacaq VİDEO


RƏYLƏR