Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nazirlik 20-30 il stajı olan tərbiyəçi-müəllimlərin dərəcələrini niyə endirib? - VİDEO

Nazirlik 20-30 il stajı olan tərbiyəçi-müəllimlərin dərəcələrini niyə endirib? - VİDEO

Tarix: 3 May 2023 18:26

Bu gün tərbiyəçi-müəllimlər Elm və Təhsil nazirliyinin qarşısına toplaşıblar.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, onlar bir daha istəklərini dilə gətiriblər. Onlardan bəziləri 30 ilə yaxın, bəziləri isə 20 ilə yaxın paytaxtın müxtəlif bağçalarında tərbiyəçi-müəllim vəzifəsində çalışıblar və buna uyğun olaraq müxtəlif dərəcələr alıblar. Amma indi hamısının dərəcələri endirilib. Səbəb kimi qeyri-ixtisas sahibləri olmaları göstərilib.

"Onlar qərarın düzgün olmadığını hesab edirlər."

İddia edirlər ki, dərəcələrin endirilməsi maaşlarına təsir edib.

"Əmək haqlarında 100 manata qədər azalmaların olduğunu deyirlər."

Tərbiyəçi-müəllimləri Elm və Təhsil nazirliyinin şöbə müdiri Eşqi Bağırov qəbul edib, onların fikirləri ilə maraqlanıb.

"Xəzər Xəbər" Eşqi Bağırovla həmsöhbət olub."

Şöbə müdiri bildirib ki, dərəcələrin endirilməsi iddiaları araşdırılır. ''Təhsil səviyyələri, təhsil pillələri onların ixtisasları ilə əlaqəlidirsə, biz bunu araşdıracağıq və bütün məsələlərə əmək qanunvericiliyinə uyğun baxılacaq.

Əmək şərtlərinin dəyişdirilməsi qarşılıqlı razılıq əsasında olmalıdır. Birtərəfli qaydada dəyişikliyin aparılmasını uyğun hesab etmirik'', - deyə o əlavə edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Nazirlik 20 30 il stajı olan tərbiyəçi müəllimlərin dərəcələrini niyə endirib VİDEO


RƏYLƏR