Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Metroda siqaret çəkmək üçün tunelə düşdü - VİDEO

Metroda siqaret çəkmək üçün tunelə düşdü - VİDEO

Tarix: 3 May 2023 19:00

Moskva metrosunda sərnişin siqaret çəkmək üçün relslərin üzərinə atılaraq tunelə girmək istəyib.

Milli.Az xəbər verir ki, həmin şəxsin hərəkətləri videolentə alınıb.

Siqnal qurğusu işə düşdükdən sonra, polis dərhal cinayətkarı saxlayıb. Onun Perm vilayətinin 31 yaşlı sakini olduğu ortaya çıxıb. Şöbədə həmin şəxs siqaret çəkmək üçün relslərin üzərinə tullanmaq məcburiyyətində qaldığını bildirib.

Polis sərnişini Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 11.15-ci maddəsinin 3-cü hissəsinə əsasən protokol tərtib edərək nəqliyyat təhlükəsizliyi tələblərinin pozulmasına görə məsuliyyətə cəlb edib. Məhkəmə həmin şəxsə 7 sutka müddətinə inzibati həbs cəzası verib. (publika)

Milli.Az


Etiketlər:  Metroda siqaret çəkmək üçün tunelə düşdü VİDEO


RƏYLƏR