Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyanın İran istehsalı olan daha 18 “Şahed” PUA-sı vurulub

Rusiyanın İran istehsalı olan daha 18 “Şahed” PUA-sı vurulub

Tarix: 4 May 2023 09:40

Son sutkada Ukrayna səmasında Rusiyanın İran istehsalı olan 18 ədəd "Şahed" pilotsuz uçuş aparatı (PUA) vurulub.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Məlumata görə, Rusiya ordusu ötən gecə ümumilikdə 24 PUA ilə Ukraynaya hücum edib.

Rusiya ordusu son sutkada Ukrayna ərazisinə 67 dəfə raket zərbəsi endirib. Nəticədə mülki binalar dağılıb.

"Düşmənin 40 hücumu dəf edilib. Ən şiddətli döyüşlər Baxmut və Marinka uğrunda gedir", - Baş Qərargahdan bildirilib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.


Etiketlər:  Rusiyanın İran istehsalı olan daha Şahed vurulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ