Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtkin düşmüşdü, timsahın mədəsində tapıldı - FOTO

İtkin düşmüşdü, timsahın mədəsində tapıldı - FOTO

Tarix: 4 May 2023 18:14

Dostları ilə balıq tutarkən yoxa çıxan kişi barədə qorxunc xəbər Avstraliyada gündəmə çevrilib. Belə ki, Kevin Darmodinin cəsədinin qalıqları timsahın mədəsində tapılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, təcrübəli balıqçı Şimali Kvinslenddə timsahların sıx məskunlaşdığı ərazidə itkin düşüb. Hamin ərəfədə onunla birlikdə ərazidə olan dostu hadisə vaxtı qışqırıq və suyadüşmə səsi eşitdiyini bildirib:

"Qaça-qaça gəldim, amma ondan əsər-əlamət yox idi. Təkcə sahildə əşyaları qalmışdı", - deyə balıqçının dostu bildirib.

Darmodinin axtarışları iki gün davam edib. Bu müddətdə ərazidə 4,1 və 2,8 metr uzunluğunda iki timsah güllələnib. Darmodinin qalıqları da onlardan birinin mədəsində tapılıb.

Bununla belə vəhşi təbiət mütəxəssisləri balıqçının heyvanların ikisi tərəfindən birlikdə öldürüldüyünü düşünürlər.

Darmodinin ölümü 1985-ci ildən bəri qeydə alınan 13-cü hadisədir.

Milli.Az


Etiketlər:  İtkin düşmüşdü timsahın mədəsində tapıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ