Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenski Ukraynanın bərpası üçün fond yaradacaq

Zelenski Ukraynanın bərpası üçün fond yaradacaq

Tarix: 6 May 2023 07:38

Ukrayna Prezidenti Volodimir Zelenski Amerikanın aktivlərin idarə edilməsi üzrə "BlackRock" şirkətinin rəhbərliyi ilə ölkənin yenidən qurulması üçün investisiya fondunun yaradılmasının təfərrüatlarını müzakirə edib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna lideri öz teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, fondun yaradılmasında əsas məqsəd ölkədə irimiqyaslı biznes layihələrinin həyata keçirilməsi üçün özəl və dövlət kapitalını cəlb etməkdir.

Siyasətçi belə bir fondun yaradılmasının investisiya mühitinin gücləndirilməsi üçün "güclü siqnal" olacağını vurğulayıb.

Milli.Az


Etiketlər:  Zelenski Ukraynanın bərpası üçün fond yaradacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ