Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2023 14:32
Məktəbəqədər təhsil müəssisələrinə işə qəbul üzrə müsabiqənin qalibləri Elm və Təhsil Nazirliyinin qarşısında toplaşıblar. Onlar dekabr ayından bəri hələ də işlə təmin olunmadıqlarından narazıdırlar.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, bağçalara işə qəbul üzrə müsabiqənin qalibləri işə düzəlmək üçün hələ nə qədər gözləyəcəklərini bilmirlər.
Şikayətçilər bildirirlər ki, yeni tədris ilində yığdıqları balların sıfırlanmasından qorxurlar.
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli işə götürülməyən 264 nəfərin aqibətinə aydınlıq gətirib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.