Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çe Gevaranı ələ keçirmiş general ÖLDÜ

Çe Gevaranı ələ keçirmiş general ÖLDÜ

Tarix: 8 May 2023 00:00

İnqilabçı Ernesto Çe Gevaranın tutulması əməliyyatına komandanlıq edən boliviyalı general Qari Prado Salmon 85 yaşında dünyasını dəyişib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə generalın oğlu Tvitterdə məlumat yayıb.

Qeyd edək ki, Latın Amerikası inqilabçısı Çe Gevara partizan hərəkatı təşkil etmək üçün 1966-cı ilin noyabrında Boliviyaya gəlib.

1967-ci il oktyabrın 8-də onun dəstəsi ölkənin cənub-şərqindəki El Yuro dərəsində pusquya düşüb. Ertəsi gün qısamüddətli döyüşdən sonra yaralı Çe Gevara əsir düşdü və boliviyalı serjant Mario Teran komandiri güllələyib. 1997-ci ildə Çe Gevaranın külü Boliviyadan Kubaya daşınaraq Santa Klara şəhərindəki məqbərədə təntənəli şəkildə dəfn edilib.

Milli.Az


Etiketlər:  Çe Gevaranı ələ keçirmiş general ÖLDÜ


RƏYLƏR