Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AKP-dən İmamoğlunun mitinqi ilə bağlı açıqlama

AKP-dən İmamoğlunun mitinqi ilə bağlı açıqlama

Tarix: 8 May 2023 07:06

Mitinqlərin keçirilmə yeri ilə bağlı öncədən İlçə Seçki Qurumuna məlumat verilməli və elan edilməlidir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Əli İhsan Yavuz Tvitter səhifəsində müxalifətin mitinqində yaşanan qarşıdurma barədə yazıb.

"Mitinqlərin harada keçirilməsi qərarını seçki qurumları müəyyən edir. Partiyalar mitinqin keçiriləcəyi ərazi, tarixlə bağlı məlumat verməlidirlər. Bu qaydaların heç birinə riayət etmirsən, sonra da bizi və Ərzurumu günahlandırırsan", - deyə AKP nümayəndəsi qeyd edib.

Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri, "Millət İttifaqı" alyansının sədr müavini Əkrəm İmamoğlunun Ərzurumdakı mitinqi zamanı gərginlik yaşanıb. Belə ki, İmamoğlunun olduğu avtobus əraziyə gəldiyi anda bir qrup şəxs tərəfindən nəqliyyat vasitəsinə sərt predmetlər atılıb.

Milli.Az


Etiketlər:  AKP dən İmamoğlunun mitinqi ilə bağlı açıqlama


RƏYLƏR