Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə seçicilərin təhlükəsizliyi təmin edilib - Fatih Dönməz

Türkiyədə seçicilərin təhlükəsizliyi təmin edilib - Fatih Dönməz

Tarix: 8 May 2023 12:44

Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkilərində iştirak edən seçicilərin təhlükəsizliyi üçün bütün işlər görülüb.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu sözləri Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez bildirib.

"Seçki komissiyaları, məhkəmə binaları, seçkilərdə istifadə olunacaq hava limanları, partiya binaları və Ali Seçki Şurasında (YSK) təcili təmir işləri aparılıb. Kiberhücumlara qarşı da lazımi tədbirlər görülüb. Seçki günü Təhlükəsizlik Xidmətindən kritik ərazilər üçün dəstək qrupları təşkil ediləcək. Rabitə sistemlərində hər hansı bir neqativ hal olarsa bunun həlli ilə bağlı Mobil Radio Sistemi alternativi hazırlanıb", - deyə nazir əlavə edib.

Qeyd edək ki, Türkiyədə Prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti və AK Partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğan, Memleket Partiyasının rəhbəri və 2018-ci ildə Cumhuriyyet Xalq Partiyasının rəhbər namizədi Muharrem İnce, Ata İttifaqının namizədi Sinan Oğan və CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.

Milli.Az


Etiketlər:  Türkiyədə seçicilərin təhlükəsizliyi təmin edilib Fatih Dönməz


RƏYLƏR