Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2023 13:42
AB Rusiyaya texniki avadanlıq satdığı iddia edilən Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq etmək təklifini nəzərdən keçirir.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının hazırladığı sanksiya siyahısı ilə tanış olan "Faynənşl Tayms" məlumat yayıb.
Məlumata görə, AB ölkələrinin səfirlərinin mayın 10-da müzakirə etmək niyyətində olduqları növbəti, 11-ci antirusiya sanksiyalar paketinə yarımkeçiricilər, mikroçiplər və digər elektron məhsullarla məşğul olan 7 Çin şirkəti daxildir:
"Bunlar, xüsusən, iki materik Çin şirkəti - "3HC Semiconductors" və "King-Pai Technology", həmçinin "Sinno Electronics", "Sigma Technology", Asia Pacific Links", "Tordan Industry" və "Alpha Trading Investments" daxil olmaqla beş Honq Konq şirkətidir. Çin şirkətləri ilə yanaşı, eyni səbəblərə görə Ermənistanda bir və Birləşmiş Ərəb Əmirlikləri, Suriyada isə bir neçə şirkətə sanksiyaların tətbiqi planlaşdırılır", - məlumatda deyilir.
Qəzet qeyd edir ki, Avropa Komissiyası mövzu ilə əlaqədar şərh verməkdən imtina edib.