Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AFFA-dan Lənkəran stadionuna qadağa

AFFA-dan Lənkəran stadionuna qadağa

Tarix: 22 Oktyabr 2019 13:40

AFFA-nın təşkilatçılığı ilə keçirilən U-17 Liqasında yaşanan xoşagəlməz hadisə assosiasiyanın İntizam Komitəsində müzakirə olunub.

Qol.az-ın məlumatına görə, “Xəzər Lənkəran” – “Kəpəz” matçında azarkeşlər meydana daxil olublar.

Lənkəran təmsilçisinin fanatlarının bu hərəkəti ağır cəza ilə nəticələnib. “Xəzər Lənkəran” 1 ev oyununu azarkeşsiz keçirməli olacaq. Fanatların stadiona daxil olmasına qadağa qoyulub.

Oyunun 90+4-cü dəqiqəsində baş verənlər də cəzasız qalmayıb. “Kəpəz”in futbolçusu Cavid Qurbanov və “Xəzər Lənkəran”ın oyunçusu Xanoğlan İsmayılov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 4 matçlıq cəzalanıb.

 


Etiketlər:  AFFA Lənkəran stadionuna qadağa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ