Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2019 15:04
“Zirə” Azərbaycan Premyer Liqasında növbəti oyununu keçirəcək.
Qol.az klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, mövsümün II dövrəsinə ardıcıl iki səfər matçı ilə başlamalı olan “Qartallar” bu dəfə “Sabah”la üz-üzə gələcək. Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan rəqiblə oyun iki komanda arasında 6-cı qarşılaşma olacaq.
“Zirə” “Sabah”la ilk dəfə ötən mövsümdə görüşüb. Debütantla ilk üç matçda uduzan komanda mövsümün son görüşündə rəqibinə böyükhesabla qalib gəlib. Cari mövsümün III turundakı qarşılaşmada heç-heçə edən “Zirə” iki oyundur rəqibinə uduzmur.
Çempionat çərçivəsində baş tutan bu beş görüşdə 1 qələbə, 1 heç-heçə və 3 məğlubiyyəti olan “Qartallar” rəqib qapısından 5 top keçirib, 7-ni buraxıb. Komandanın qollarına 4 futbolçu imza atıb. Xulio Sezar Rodriqez iki, digər üç oyunçu hərəyə bir dəfə fərqlənib.
“Zirə” üçüncü dəfə “Sabah”ın qonağı olacaq. Əgər komandanın evdəki matçlarında iki qol vurulursa, səfər görüşlərinin hər birində üç top qeydə alınıb. İlk səfər oyununda 1:2 hesabı ilə uduzan qəsəbə təmsilçisi yeganə qələbəsini də “Sabah”ın meydanında əldə edib. "Zirə"nin 2 səfər oyununda 1 qələbə və 1 məğlubiyyətə təsadüf olunub. Top fərqi də “Qartallar”ın xeyrinədir – 4:2.
Qeyd edək ki, “Sabah” – “Zirə” oyunu oktyabrın 26-da “Bank Respublika Arena”da keçiriləcək. Matç saat 18:00-da başlayacaq.