Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2019 15:28
Bakı. Trend:
Səbail rayonu Su İdman Sarayının yaxınlığında yeni salınmış ABAD məhəllədə qızlar və oğlanlar arasında basketbol (3×3) üzrə könüllülər kuboku uğrunda turnir keçirilib.
Trend-in məlumatına görə, turnirin rəsmi açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları - baş məsləhətçi Salman Əbdülov, baş masləhətçi Cəlil Əlizadə, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin sədri Miraqil Seyidzadə iştirak ediblər.
Gərgin və maraqlı oyun şəraitində keçən turnirdə oğlanlar arasında I yeri Dreamteam komandası, II yeri ASAN 2 komandası, III yeri Drive komandası, qızlar arasında I yeri Günəş komandası, II yeri ASAN 5 komandası, III yeri ASAN 2 komandası tutublar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin