Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Polkovnik nöqsana yol verdi, nazir işdən çıxardı - Yeni təyinatlar

Polkovnik nöqsana yol verdi, nazir işdən çıxardı - Yeni təyinatlar

Tarix: 15 May 2023 20:02

Binəqədi və Abşeronda polis orqanlarında yeni təyinatlar olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazovun əmrinə əsasən, Binəqədi Rayon 4-cü Polis Şöbəsinin rəis müavini, polis mayoru Zaur Babazadə işdən çıxarılaraq Qobu Polis Bölməsinə rəis təyin olunub.

Bundan başqa, Abşeron Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki İsa Babaşovun fəaliyyətində yoxlamalar nəticəsində nöqsanlar aşkar olunaraq sərəncama götürülüb.

Nazirin əmri ilə onun yerinə Binəqədi Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Zaur Əliyev gətirilib.

Milli.Az


Etiketlər:  Polkovnik nöqsana yol verdi nazir işdən çıxardı Yeni təyinatlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ