Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2023 09:20
2023-cü ilin yanvar-aprel aylarında Hindistandan Türk limanlarına 1 milyon 384 min 649 ton yük daşınıb.
Bu barədə AzerPress-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Hindistandan limanlara 43 min 355 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 1 milyon 341 min 294ton yük çatdırıb.
Bu müddət ərzində Hindistan bayraqlı gəmilərlə Türkiyə limanlarına heç bir yük çatdırılıb. 2023-cü ilin yanvar-aprel aylarında Türkiyə limanlarına Hindistandan 1 milyon 93 min 735ton tranzit yük daşınıb.
Qeyd edək ki, 2023-cü ilin aprel ayında Türkiyə limanları 33 milyon 600 min 55 ton yük qəbul edib.
Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 391 min 265 ton təşkil edib.
Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 31 milyon 208 min 790 ton olu.
Bununla yanaşı, 2023-cü ilin aprel ayında Türkiyə limanlarından 5 milyon 133 min 363 ton transit yük daşınıb.
2023-cü ilin yanvar-aprel aylarında Türkiyə limanları 125 milyon 204 min 849 ton yük qəbul edib.
2023-cü ilin yanvar-aprel aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 8 milyon 865 min 787 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 116 milyon 339 min 62 ton təşkil edib.
Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-aprel aylarında Türkiyə limanlarından 23 milyon 437 min 983 ton transit yük daşınıb.