Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlon Mask: Soros bəşəriyyətə nifrət edir

İlon Mask: Soros bəşəriyyətə nifrət edir

Tarix: 16 May 2023 16:00

Sorosun niyyəti yaxşı deyil, o, bəşəriyyətə nifrət edir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu "SpaceX" və "Tesla"nın CEO-su İlon Mask Tvitter paylaşımında qeyd edib.

Mask bu gün "Soros mənə Maqnetonu ("X-Men" qrupunu məhv etməyə çalışan pis niyyətli Marvel qəhrəmanı) xatırladır" - deyə paylaşım edib. Paylaşımın rəy bölməsində Sorosun müdafiəsinə qalxanlara cavabında Mask Sorosun sivilizasiyanı məhv etməyə çalışdığını vurğulayıb.

"Siz elə güman edirsiniz ki, onlar yaxşı niyyətlidirlər, lakin deyillər. O, sivilizasiyanın eroziyasını istəyir. Soros bəşəriyyətə nifrət edir", - Mask qeyd edib.

Milli.Az


Etiketlər:  İlon Mask Soros bəşəriyyətə nifrət edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ