Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Coni Deppi 7 dəqiqə ayaqüstə alqışladılar - VİDEO

Coni Deppi 7 dəqiqə ayaqüstə alqışladılar - VİDEO

Tarix: 17 May 2023 13:50

Xəbər verdiyimiz kimi, ötən gün 76-cı Kann Beynəlxalq Film Festivalının açılışı olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, gecədə Hollivud ulduzu Coni Deppin üç ildən sonra ilk dəfə rol aldığı "Janna Du Barri" ("Jeanne du Barry") filminin premyerası baş tutub.

Aktyor ekran işində Fransa kralı XV Lüdovikin obrazını canlandırıb. Filmin rejissoru Mayvenn Le Besko olub ki, o da layihədə Janna Du Barri rolunu ifa edib.

"Variety"nin məlumatına görə, film yeddi dəqiqə dayanmadan alqışlanıb. Nəşrin məlumatına görə, uzun müddət sonra ilk dəfə Conni Deppi ekranda görən izləyicilər bundan təsirlənib və göz yaşlarına hakim ola bilməyiblər.

Qeyd edək ki, aktyor keçmiş həyat yoldaşı Ember Hörddən qalmaqallı şəkildə boşanıb. Aktrisanın Conni barəsində zorakılıq iddialarını ortaya atmasından sonra aktyorun karyerasında fasilə yaranmış, bir çox film şirkətləri onunla əməkdaşlıqdan boyun qaçırmış, müqavilələrə xitam vermişdilər.

Ötən il Ember Conniyə qarşı böhtan atmaqda təqsirli bilinib və ondan keçmiş həyat yoldaşına 15 milyon dollar təzminat ödəməsi tələb olunub.

Milli.Az


Etiketlər:  Coni Deppi 7 dəqiqə ayaqüstə alqışladılar VİDEO


RƏYLƏR