Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Çempionlar Liqasını qazanmağa hazır deyilik” - Qvardiola

“Çempionlar Liqasını qazanmağa hazır deyilik” -  Qvardiola

Tarix: 22 Oktyabr 2019 22:00

“İnsanlar bizim Çempionlar Liqasını qazanmalı olduğumuzdan bəhs edir. Ancaq biz buna hələ hazır deyilik”.

Qol.az xəbər verir ki, bu sözləri “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Britatniya mətbuatına açıqlamasında deyib.

İspaniyalı mütəxəssis Çempionlar Liqasını qazanmaq üçün hələ inkişaf etməli olduqlarını bildirib: “Son iki mövsümdə kifayət qədər qol vurmuşuq, buna görə narahat deyiləm. Görməli olduğumuz işlər var. İnkişaf etməyə davam etməliyik”.

Qeyd edək ki, “Mançester Siti” Premyer Liqanın son iki mövsümünün çempionudur.
 


Etiketlər:  Çempionlar Liqasını qazanmağa hazır deyilik Qvardiola


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ