Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2023 19:00
Qael Klişini xatırlayırsınız? Fransa millisinin üzvü elə də çox klub dəyişməyib.
"Kann", "Arsenal", "Mançester Siti" və "Başakşəhər"in formasını geyinən müdafiəçi İstanbul təmsilçisindən ayrıldıqdan sonra bir müddət gözə dəyməyib. 6 ay klubsuz qalan Klişini karyerasını İsveçrədə davam etdirir. O, banklar ölkəsində - "Servet"də çıxış edir.
Sonxeber.net bildirir ki, o, şənbə günü - mayın 13-də vurduğu baxımlı qolla yenidən gündəmə gəlib. Həmin tarixə kimi karyerası ərzində cəmi 12 dəfə fərqlənən franslı futbolçu "Sion"a meydanın mərkəzindən vurduğu qolu yəqin ki, ömrünün sonuna qədər unutmayacaq.
Qolun özü kimi hekayəsi də gözəldir. Matçdan sonra məlum olub ki, bu top təkcə müdafiəçinin bacarığı və bəxti sayəsində rəqib qapısından keçməyib. Matçdan əvvəl "Servet" fanatı ona "Instagram"dan mesaj yazıb və "Sion" barədə heç məşqçilərin belə vermədiyi informasiyanı çatdırıb. "Onların qolkiperi adətən öz qapısından uzaqlaşır. Bəlkə bəxtiniz gətirər... Sizə və komandaya dəstəyimiz sonsuzdur. Hər şeyə baxmayaraq yanınızdayıq. Yaxşı oyun keçirin", - deyə azarkeş bildirib.
Nəticədə fanat istəyinə çatdı. "Servet" isə "Sion"u darmadağın etməklə (5:0) ona ikiqat sevinci yaşatdı. (publika)